"Regional Təhsil İdarələri yaradılıb və struktur da təsdiq olunub".
Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
"Yaxın günlər ərzində həmin idarələrə müvafiq yerdəyişmələrlə, yəni yerli təhsil şöbələrində çalışan insanların yeni struktura köçürülməsi, eləcə də müvafiq qaydada yeni təyinatların olması da nəzərdə tutulub. Bu ayın sonuna qədər Regional Təhsil İdarələrinin ilkin səviyyədə tam fəaliyyəti təmin olunacaq, - Emin Əmrullayev bildirib.