Logo

Terapevt: “Məktəblilərə oruc tutmaq məsləhət görülmür”

13.04.2022 16:56 472 baxış
IMG

“Oruc tutan zaman uzun müddət ac qalıb, axşam çox qidalandıqda həzm sistemi narahat olur. Bu zaman köp, epiqastral ağrılar yaranır”.

Tehsil.biz "APA"ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib.

Onun sözlərinə görə, bu səbəbdən yatmazdan iki saat əvvəl qida qəbulunu dayandırmaq lazımdır.

“Bundan əlavə, məktəblilərə, ali məktəbə hazırlaşanlara, zehni fəaliyyətlə məşğul olanlara oruc tutmaq məsləhət görülmür. Çünki uzun müddət ac və susuz qalmaq zehni fəaliyyətə mənfi təsir göstərir”, – terapevt qeyd edib.

Xəbər lenti