Logo

Alimlər qocalıqda beyinə təsir edən qidaları açıqlayıb

26.12.2020 16:52 1121 baxış
IMG

Alimlər yaşlı insanların beyninə təsir edən qidaları açıqlayıblar. Onlar hesab edir ki, insanın qidalanması qocalıqda zehni qabiliyyətə birbaşa təsir edir.

 

Tehsil.biz xəbər verir ki, bunu ABŞ-ın Ayova Universitetindən olan mütəxəssislər araşdırmaları ilə sübut ediblər.

 

Araşdırmada 46-77 yaş arası 1787 nəfər iştirak edib. Nəticələr quzu əti, qırmızı şərab və pendir kimi qidaların zehni fəaliyyətə faydalı təsir etdiyini göstərib. Amma onların az miqdarda istifadə edilməsi qeyd olunur.

 

Alimlərə görə, soya qocalıqda beynin işinə mənfi təsir göstərir. Onun istifadəsi hətta Alzheimer xəstəliyinə səbəb ola bilər, lakin daha ətraflı və dəqiq nəticələr əldə etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Xəbər lenti