Tərtər Azərbaycanın strateji-coğrafi əhəmiyyətə malik şəhərlərindən biridir. Tarixi baxımdan da bu şəhərin zəngin mədəni irsi mövcuddur. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsində Tərtər rayonu erməni vəhşiliyinin nəticəsində xeyli dağıntılara məruz qaldı. Şəhərdə müharibə cinayətləri törədildi, infrastruktur dağıdıldı və dinc əhaliyə qarşı ballistik raketlərdən istifadə edildi. Ancaq bütün bunlara baxmayaraq Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu düşməni yerinə oturtdu, 44 gün ərzində 30 illik işğala son qoyuldu, Azərbaycan qalib ölkə oldu. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsində həyata keçirildi. II Qarabağ müharibəsinin davam etdiyi bir vaxtda, Tərtərin mənfur düşmənimiz tərəfindən hərbi texnikalar vasitəsilə fasiləsiz atəşə tutulmasına baxmayaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayon əhalisi Tərtəri tərk etmədilər, müharibə bitən günə qədər Tərtərin müdafiəsində dayandılar. Bu əsl qəhrəmanlıq salnaməsidir. 2014-cü ildə cənab prezident İlham Əliyev tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Müstəqim Məmmədov yüksək səviyyəli fəaliyyəti ilə rayonda ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasəti layiqincə tətbiq edir. Buna görə də rayon rəhbəri əhali arasında nüfuz qazanmağı bacarıb. Regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlətin yürütdüyü siyasət müharibə bitdikdən sonra ən çox dağıntılara məruz qalan Tərtərə yenidən həyat verdi. Bu proqram əsasında cənab prezident İlham Əliyevin tapşırıqları və Müstəqim Məmmədovun rəhbərliyi ilə Tərtərdə əsaslı şəkildə yenidənqurma və bərpa işləri aparıldı. Əhaliyə dəymiş ziyan kompensasiya edildi. Hal-hazırda da rayonda davamlı və dayanıqlı inkişafı təmin etmək üçün əsaslı islahatlar həyata keçirilir. Müstəqim Məmmədovun rəhbərliyi ilə Tərtər çiçəklənmə dövrünü yaşayır. Əminliklə deyə bilərik ki, cənab prezident İlham Əliyevin kadr islahatı və bu islahatlar nəticəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Müstəqim Məmmədov hərtərəfli fəaliyyətilə möhtərəm prezidentimizin etimadını doğruldur və daim Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyini əməli surətdə göstərir.
Anar Salehoğlu
ADPU-nun tələbəsi, İctimai fəal