Aktyor Elvin Ağayevin səhhətində ciddi problemlər yaranıb.
Bu barədə kulis.az-a aktyorun həyat yoldaşı aktrisa Elvina Ağayeva məlumat verib. O bildirib ki, E.Ağayev qaraciyər sirrozundan əziyyət çəkir.
Hazırda E.Ağayeva aktyorun səhhətinin yaxşılaşması üçün təcili qaraciyər köçürməsi əməliyyatı edilməli olduğunu qeyd edib.
Xanım həyat yoldaşının əməliyyatı üçün donora və 90 min manat məbləğində pula ehtiyacları olduğunu da bildirib.
Qeyd edək ki, E.Ağayev aktyor kimi "İmtahan", "Qayınana", "Həyat, sən nə qəribəsən", "Cehizsiz gəlinlər", "Ata ocağı" kimi seriallarda, "Kişi ol" bədii filmində rol alıb. O həmçinin ssenarist kimi də fəaliyyət göstərir.
Aktyorun həyatda qalmasına yardım etmək istəyən şəxslər üçün bank hesabı açılıb. Həmin hesabı və ailəsi ilə əlaqə telefonunu təqdim edirik.
+994 55 393 63 34
//Kulis.az