2022-ci ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə “İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Konsepsiyası” mövzusunda seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, MDU-nun tələbə və magistrantlarının qatıldığı seminarda “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə magistrant Samir Paşayev məruzə ilə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.
Seminar tələbə və magistrantlar tərəfindən maraqla qarşılanıb.