"Qanuna görə bağçalarda boş yer varsa, valideynlər istənilən vaxt qeydiyyatdan keçib həmin müəssisələrə uşaqlarını yazdıra bilərlər".
Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib.
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu "Məktəbəqədər təhsil" haqqında qanun çərçivəsində tənzimlənir:
"Hər il tədris ilinin əvvəlindən valideynlər qeydiyyatdan keçə bilərlər. Qəbul kütləvi olaraq tədris ilinin əvvəlində aparılsa da, qanuna görə bağçalarda boş yer varsa, valideynlər istənilən vaxt qeydiyyatdan keçib həmin müəssisələrə uşaqlarını yazdıra bilərlər".