Təhsil şöbələrinin ləğvi ilə bağlı məsələyə aydınlıq gətirilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda məlumat verib.
Şöbə müdiri bildirib ki, Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı nəzərdə tutulmayıb:
“Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcəklər”.