Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Prosol” QSC arasında memorandum imzalanıb

14.04.2022 13:19 483 baxış
IMG

Bir müddət öncə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Prosol” QSC arasında kibertəhlükəsizlik sahəsinin inkişafına dəstək məqsədilə birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Tehsil.biz xəbər verir ki, birgə əməkdaşlıqda müvafiq sektorda öz ixtisasları üzrə yüksək bilik və təcrübə əldə etmək istəyən şəxslər üçün müxtəlif təlimlərin təşkilini, həmçinin tədris proqramlarının yaradılmasını nəzərdə tutulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Prosol” QSC-nin birgə əməkdaşlıq çərçivəsində təşkil edilən kibertəhlükəsizlik üzrə proqramlar yerli peşəkar mütəxəssislər tərəfindən keçiriləcəkdir. Təşkil olunacaq tədris proqramları iştirakçılara gələcək karyeralarında yüksəlmək, həmçinin yerli və beynəlxalq miqyasda müxtəlif yeni imkanlar əldə etmək imkanı yaradacaq.

Qeyd edək ki, ilkin olaraq, birgə əməkdaşlıq Azərbaycanda keçirilən “Kibertəhlükəsizlik üzrə Milli Yarış”ın qaliblərinin cari ilin oktyabr ayında Şanxayda baş tutacaq WorldSkills beynəlxalq yarışına hazırlıq prosesinə dəstək verəcəkdir.

Xəbər lenti