Logo

BDU-nun əməkdaşları Baş Prokurorluqda “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda təlim keçiblər

14.04.2022 13:57 527 baxış
IMG

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə mətbuat xidmətinin işçiləri və tabe prokurorluqlarda KİV-lə əlaqələrə məsul şəxslər üçün “Natiqlik və sosial media ilə ünsiyyət” mövzusunda qarışıq (əyani və distant) formada təlim keçirilir.

Tehsil.biz xəbər verir ki, təlimlərin təşkil edilməsində məqsəd müvafiq sahədə fəaliyyət göstərən prokurorluq işçilərinin peşə biliklərinin artırılması və sosial media ilə peşəkar davranışın müasir tələblərə uyğunlaşdırılmasıdır.

Tədbirə təlimçi qismində Baş Prokurorluğun işçiləri ilə yanaşı, Medianın İnkişafı Agentliyi, Ədliyyə Akademiyasının əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin müəllim heyəti cəlb edilib.

Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”, Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev “Xidməti məlumatların kütləvi informasiya vasitələrinə çatdırılma qaydası və onun nümayiş etdirmə üslubları”, Jurnalistika fakültəsinin dekan müavini, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Esmira Rövşənova “Sosial media üçün məlumatların hazırlanma metodikası”, Filologiya fakültəsinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasnın müdiri, professor  İlhamə Hacıiyeva “Naiqlik qabiliyyətinin artırılması üçün nitq texnikası, vasitələri və priyomları” mövzularında iştirakçılar üçün təlimlər keçiblər.

Xəbər lenti