Logo

SDU-nun rektoru Yeni il bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi

26.12.2020 20:59 787 baxış
IMG

Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə universitetin bütün əməkdaşlarını bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi.

 

Tehsil.biz xəbər verir ki, rektor qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivi təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq və yeni-yeni nailiyyətlər arzulayıb.

 

Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun imzaladığı əmrə əsasən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur. Bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.

Xəbər lenti