Logo

Dini icmaların nümayəndələri Xocavəndə səfər edib

14.04.2022 16:57 357 baxış
IMG

Azərbaycanda fəaliyyət göstərən xristian icmalarının nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, qurumun tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə reallaşıb.

Səfərin keçirilməsində məqsəd ölkəmizin mənəvi sərvəti və dəyəri olan dini müxtəliflik, dini konfessiyalararası qarşılıqlı anlaşma, hörmət və dözümlülük, eləcə də bu amilin Vətən Müharibəsində Zəfərin əldə edilməsindəki rolu, Azərbaycanda müxtəlif dinlərə məxsus bayramların maneəsiz qeyd olunması, bununla bağlı ənənələr, müsbət tendensiyalar, o cümlədən fərqli dinlərin nümayəndələrinin bayramlarda birgə iştirak etmələri ənənələrinin təbliğ və təşviq edilməsidir.

“Həyat Sözü”, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Alov”, “Vineyard”, “Həyatverici lütf”, “Şərqdə Ulduz”, “Yeni Həyat” , Alban-udi xristian, Xilaskar Yevangelik-Lüteranların Bakı dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin kilsəsi”, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmaları, eyni zamanda “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostal Prefekturası”, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumlarının, eləcə də müsəlman icmalarının üzvləri Xocavənddə bir sıra dini məbədləri ziyarət edəcək, şəhidlərin ruhuna dualar oxuyub, dini ayinlər icra edəcəklər.

Xəbər lenti