Logo

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq üçün sənəd qəbulu sabah yekunlaşır

14.04.2022 21:22 402 baxış
IMG

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturaya dair 2022-ci il üzrə sənəd qəbulu prosesi sabah başa çatır.

Təhsil Nazirliyindən bildirilib ki, müraciətlərin qəbulu aprelin 15-i saat 23:59-dək davam edəcək. Proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib. Hər hansı əlavə sual yarandığı zaman [email protected] ünvanına müraciət etmək mümkündür.

Xəbər lenti