Logo

NDU-da “Pedaqoji texnologiyalar” adlı dərs vəsaitinin təqdimatı

27.12.2020 13:55 768 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin (NDU) pedaqoji fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Müslüm Nəzərov və Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti Nizami Quliyevin həmmüəllifi olduğu “Pedaqoji texnologiyalar” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib.

 

Universitetin pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev cəmiyyətin inkişafında təhsilin böyük rol oynadığını, müasir dövrdə texnologiyaların inkişafının mühüm əhəmiyyət kəsb etdiyini, pedaqoji sistemin yenilənməsinin çox vacib və aktual ideya olduğunu bildirib. O, təqdim olunan kitabın tələbələr üçün əhəmiyyətindən danışıb.

 

Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, dosent Mətanət Quliyeva pedaqoji prosesdə baş verən yenilikləri diqqətə çatdırıb:”Müasir şəraitdə təhsilin rolu  artmaqdadır, bu baxımdan təhsil təkcə fərdi deyil, həm də cəmiyyətin dəyişməsi və inkişafına kömək edən güclü bir amildir. Təqdimolunan bu dərs vəsaiti oxucuda şəxsi sosial təcrübə əldə etmək qabiliyyəti, cəmiyyətdə öz yerini tapmaq bacarığını formalaşdırır”.

 

Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, “Pedaqoji texnologiyalar” kitabında təlim prosesinə müxtəlif yanaşmalar və tədris prosesində uğurla işləmək üçün pedaqoji texnologiyaların mahiyyəti, quruluşu, funksiyaları, prinsipləri və şərtləri göstərilib.

 

Pedaqogika və psixologiya kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev pedaqoji texnologiyanın mahiyyətindən, əvvəlcədən verilən xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslərdən bəhs edib.

 

Sonra Texnologiya ixtisası üzrə III kurs tələbəsi Elazər Yəhyalı çıxış edərək bu kitabın tələbələrin pedaqoji bilikləri öyrənməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Xəbər lenti