18-29 aprel tarixlərində Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan aşağıdakı mövzularda "Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları" keçiriləcək.
18-20 aprel -"Neft-qaz geologiyası və mühəndisliyi” konfransı. Konfrans üzrə mövzular:
“Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”
“Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”
“Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi”
“Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”
“Neft-qaz sahəsində iqtisadi səmərəliliyin analizi”
“Təbiət və texniki elmlər "
26-27 aprel - "Proseslərin Avtomatlaşdırılması və İnformasiya Təhlükəsizliyi – 2022” konfransı. Konfrans üzrə mövzular:
“Ölçmə və idarəetmə sistemləri”
“Sistemli analiz və modelləşdirmə; Təsvirlərin və siqnalların emalı”
“İntellektual sistemlər, idarəetmə, Əşyaların interneti (İoT) və robototexnika”
“İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənaye tətbiqi”
“Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi; Şəbəkələr və bulud texnologiyaları” “Kibertəhlükəsizliyin problemləri”
27-29 aprel - "Kimya və Kimya Mühəndisliyində Dayanıqlı İnkişaf” konfransı. Konfrans üzrə mövzular:
“Ekoloji Problemlər və Biotexnologiya”
“Neft-qaz və Neft-kimya Prosesləri”
“Mütərəqqi Materiallar və Polimerlər”
“Bərpaolunan enerji”
Bu il konfranslara seçilərək 238 tezis qəbul olunub. Həmin tezislərin 101-i BANM-dən seçilib.