28 aprel 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə "İrəvan Müəllimlər Seminariyası" mövzusunda elmi konfrans keçiriləcək.
Tehsil.biz xəbər verir ki, elmi konfransın keçirilməsində məqsəd İrəvan Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti və onun Azərbaycan təhsilinə, elminə, pedaqoji kadr hazırlığına verdiyi töhfələri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə geniş müzakirə etmək və təkliflər formalaşdırmaqdır.
Elmi konfransın "İrəvan Müəllimlər Seminariyası: milli maarifçilik hərəkatının aparıcı qüvvəsi" adlı ikinci panelində ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov, ADU-nun Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev məruzə edəcəklər.