Logo

Alimlər koronavirusun daha bir zəif nöqtəsini tapdılar

27.12.2020 15:45 805 baxış
IMG

Nyu-York Universitetinin amerikalı alimləri elmi araşdırmalar zamanəı koronavirus infeksiyasındakı zəif nöqtəni aşkarlayıblar.

 

Tehsil.biz Lent.az-a istinadla verdiyi xəbərə görə, məlum olub ki, koronavirusun SARS-CoV-2-nin genetik materialını qoruyan bir membran meydana gəlməsində iştirak edən xüsusi bir transmembran zülalı 41B olmadan praktik olaraq çoxalması mümkün deyil.

 

Bu zülal olmadan, koronavirus bölünmə qabiliyyətini itirir. Mütəxəssislər, patogenlərin çoxalmasını sarı qızdırma virusu və Zika xəstəliyi kimi digər infeksiyalardakı proseslərlə müqayisə edib təhlil etdilər.

 

Tədqiqatın nəticələri zülalın virusun insan orqanizminə daxil olmasında əsas rol oynadığını təsdiqləyib.

 

Alimlərin kəşfi infeksiyanın müalicəsinin təsirli üsullarını inkişaf etdirməyə imkan verəcək.

Xəbər lenti