Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Əliyar Əliyev Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Tehsil.biz xəbər verir ki, aprelin 15-də Mədəniyyət Nazirliyi nümayəndələrinin iştirakı ilə Əliyar Əliyev kollektivə təqdim edilib.
Qeyd edək ki, Əliyar Əliyev 1979-1980-ci illərdə Akademik Milli Dram Teatrında, 1983-1984-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışıb.
1992-ci ildə “Qodonun intizarında” və “Dələduz” tamaşaları ilə Türkiyədə qastrol səfərində olub. Türkiyədə bir sıra özəl teatrlarda rejissor kimi fəaliyyət göstərib.
2010-2019-cu illər arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.