Logo

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Naxçıvanın ali məktəblərində təlimlər təşkil edib

15.04.2022 19:56 450 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisələrinin akademik və inzibati heyəti üçün təlimlər təşkil edilib.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin peşəkar eksperti Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun akademik və inzibati heyətinə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulması və monitorinqi, habelə təhsildə keyfiyyət təminatı sahəsində beynəlxalq təcrübəyə dair məlumat verilib.

Təlimlər “Təhsil müəssisələrinin akkreditasiyası qaydaları”, “Daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının təyin olunması”, “Strateji idarəetmə” mövzularını əhatə edib.

Eyni zamanda, Naxçıvan Musiqi Kollecində TKTA ilə orta ixtisas təhsili müəssisələrinin əməkdaşlıq imkanlarının artırılmasına həsr edilən məlumatlandırma günü təşkil olunub.

Xəbər lenti