Logo

Səhiyyə Nazirliyi doktorantura və dissertantura ilə bağlı qəbul elan edib

15.04.2022 20:35 476 baxış
IMG

2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə Səhiyyə Nazirliyinin tabeliyində olan ali təhsil və elmi müəssisələrə qəbul elan edilib.

Tehsil.biz xəbər verir ki, sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Qeyd edilib ki, doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin http://portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, http://Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsinə bu gündən başlanılır.

Xəbər lenti