Aprelin 13-də Dərbənd Azərbaycan Dövlət Dram Teatrında tanınmış yazıçı-dramaturq-publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin “İmperator” pyesinin premyerası olub.
Dərbənd Teatrının ədəbi hissə müdiri Telman Tahirlinin Kulis.az-a verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru Hörmət Aslanov, bəstəkarı Dağıstan Respublikasının Əməkdar artisti Sevda Bəybalayeva, rəssamı DR-in Əməkdar mədəniyyət işçisi Nahidə Əlimətovadır.
Baş rolları Mirzəağa Cum-Cum, Sərxan Səmədov, Səidə Əliyeva və Lyudmila Babatova ifa ediblər.
Anşlaqla keçən tamaşanı teatrsevər ictimaiyyətlə yanaşı, Dərbənd meriyasının rəhbərləri və şəhərin deputatları da izləyiblər.