Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı yeni şöbənin yaradılıb-yaradılmadığı məsələsinə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar yeni şöbə yaradılmayıb.
“Lakin məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün müvafiq struktur dəyişikliyi aparılıb. Bəzi şöbələrin fəaliyyət istiqamətlərinə dəyişikliklər edilib”, - qeyd olunub.