Logo

Məktəb binası qəzalı vəziyyətə düşdü, 480 şagird köçürüldü - VİDEO

16.04.2022 09:11 577 baxış
IMG

Goranboy rayonunda əxminən 50-55 il öncə tikilən 2 saylı tam orta məktəb binasının 2-ci mərtəbəsində yaranan iri çatlar, korpusda baş verən çökmələr təhsil ocağını təhlükəli vəziyyətə salıb.

Tehsil.biz Yeniavaz.com-a istinadən xəbər verir ki, bu səbəbdən məktəbdə təhsil alan 5 yaşlı və ibtidai siniflərdən ibarət 24 sinif Goranboy rayon 1 saylı orta məktəbə köçürülüb. Həmçinin sözügedən məktəbdə aprelin 23-də buraxılış imtahanı verməli olan şagirdlərin imtahan binası da dəyişdirilib.

Direktor müavini Müşfiq Mustafayevin sözlərinə görə məktəb qəzalı vəziyyətdə olduğuna görə, r ibtidai siniflər Goranboy şəhər 1 saylı orta məktəbə köçürüldü:” Hardasa 480 nəfər uşaq köçürülüb: "Aprelin 23-nə DİM tərəfindən salınan imtahan da ləğv edildi. İmtahan Goranboy şəhər İnteqrasiya tipli internat məktəbində keçiriləcəkdir”.

Qəzalı vəziyyətə düşən Goranboy rayon 2 saylı orta məktəbdə 1107 şagird təhsil alır, 100 müəllim çalışır. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün qəzalı korpusda olan siniflərə giriş-çıxış bağlanıb. 

Xəbər lenti