Gürcüstanın mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar və bloqerlərdən ibarət nümayəndə heyəti Şuşaya gedib.
“Report” xəbər verir ki, səfər çərçivəsində şəhərin tarixi, dini, memarlıq abidələri, o cümlədən mərkəzi meydanı, qala divarları, Cıdır düzü kimi yerlərlə tanışlıq nəzərdə tutulur.
Ötən gün isə Gürcüstan nümayəndələri Füzuli və Cəbrayılda olublar.