Logo

İqtisadi uğurlar dinamik inkişafdan xəbər verir

16.04.2022 14:35 417 baxış
IMG

Aprelin 12-də Azərbaycan Respublikası¬nın Prezidenti İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müzakirədə parlaq və dərin məzmunlu giriş və yekun nitqləri söyləyib. Mən möhtərəm Prezidentin müşavirədəki nitqlərini, bütövlükdə müşavirənin materillarını diqqətlə izləmişəm. Cənab İlham Əliyevin Azərbaycanın və regionun gələcək taleyi ilə bağlı səsləndirdiyi dəyərli fikir və mülahizələrdən çox məmnun qalmışam.

Azərbaycan iqtisadiyyatı dövlətin vahid sisteminin, necə deyərlər, şah damarıdır. Son 2 ildə iqtisadiyyatımız həm bütün dünyanın üzləşdiyi qlobal pandemiyanın ümumi sistemə vurdu¬ğu, həm də 2020-ci il 27 sentyabrda başlanan II Qarabağ müharibəsindən sonra büdcəyə və orduya dəyən zi¬yanla mübarizə aparır. Bizim üçün ən sevindirici məqamlardan biri də bun¬dan ibarətdir ki, hətta dünyanın bəzi güclü dövlətləri belə pandemiyanın iqtisadiyyata vurduğu ziyanla bacara bilmədiyi halda, biz həm müharibənin, həm də koronavirusun yaralarını sa¬ğalda bilmişik. Bu isə qeyd etdiyimiz kimi, sistemin düzgün və uzaqgörən şəkildə yaradılmasının nəticəsidir. Azərbaycan xalqı ölkəmizdə baş verən hadisələri, yenilikləri, bərpa-quruculuq prosesini yaxından izləyir. Prezident İlham Əliyevin də tez-tez dediyi kimi, regionda və ölkəmizdə yeni reallıqlar yaranıb və bu rallıqlar bütün şəffaflığı ilə göz önündədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə düşməndən təmizlənən ərazilərimizdə qısa müddətdə son dərəcə ciddi işlər görü¬lüb. 

Qeyd etmək yerinə düşər ki, möhtəşəm zəfərimizdən sonra dünya Azərbaycana çox böyük maraq göstərir. Ölkəmizdə biz¬nes əlaqələri yaratmaq istəyi ifadə olunan müraciətlər getdikcə artır. Bu, eyni zamanda, dünyada Azərbaycanın nüfuz göstəricisinin bariz nümunəsidir. Hazırda iqtisadiyyatımız sürətlə inkişaf edir, dayanıqlıq təmin olunur, əlverişli biznes mühiti, saglam rəqabət və sa¬bitlik ölkəmizə göstərilən maragı şərtləndirir.

Respublikamız ölkə başçısının liderliyi ilə yüksəliş mərhələsində reallıqlarını diqtə etməklə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Prezident–xalq birliyi bugünkü inkişafı sürətləndirən başlıca amilidir.

Xudayar Soltanlı,

ADPU Cəlilabad filialının direktoru

Xəbər lenti