Logo

Bakı Slavyan Universitetində “Karantin şəraitində motivasiyanın yüksəldilməsi” mövzusunda seminar keçirilib

27.12.2020 21:01 702 baxış
IMG

Dekabrın  27-də Bakı Slavyan Universiteti (BSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Karantin şəraitində motivasiyanın yüksəldilməsi” mövzusunda seminar keçirilib. Seminarı BSU-nun Pedaqogika və psixologiya kafedrasının baş  müəllimi  Aygün Əliyeva aparıb. A. Əliyeva hazırda ölkəmizdə, eləcə də bütün dünya ölkələrində pandemiya ilə bağlı yaranan psixoloji vəziyyət və motivasiya  haqqında tələbələrə seminar keçib.

 

Sonra tələbələrin fikirləri dinlənilib, mövzu ilə bağlı müzakirə aparılıb. 

 

Seminarın sonunda tələbələrə TGT-nin sədri, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV tədris ili tələbəsi Cəfər Adilov tərəfindən sertifikat  təqdim  olunub.

 

Seminar tələbə-gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti