Mingəçevir Dövlət Universitetinin (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzi (MDTM), Karyera və İnkişaf Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə "Dövlət qulluğunun prioritet məsələləri" mövzusunda seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə MDU-dan məlumat verilib.
Bildirilib ki, MDU-nun tələbə və magistrantlarının qatıldığı seminarda “Dövlət və bələdiyə idarəetməsi” ixtisası üzrə magistrant Elşən Əliyev məruzə ilə çıxış edib və iştirakçıların suallarını cavablandırıb.