Ötən illərə nəzər salsaq,görərik ki, Azərbaycan həm ictimai-siyasi, həm də sosial-iqtisadi cəhətdən uğurlu inkişaf yolu keçmişdir. 2020-ci ildə əldə olunan möhtəşəm Qələbə növbəti gələcək illərin də uğur təməli olmuşdur. Ona görə ki, YAP sədri, ölkə prezidenti cənab İlham Əliyevin müdrik siyasəti ilə biz bütün Ermənistanı məğlubiyyətə düçar etdik. Faktdır ki, 30 ilə yaxın müddət ərzində nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin qəbul etdiyi qətnamələr kağız üzərində qalmışdır. Ancaq dövlətimizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli iradəsi, güclü diplomatiyası və Müzəffər Ordumuzun qəhrəmanlığı ilə biz güc hesabına Qarabağımızı-yəni,tarixi ədaləti bərpa etdik.
Azərbaycan nüfuzlu təşkilatların üzvü, həm də Qoşulmama Hərəkatına sədrlik edən qüdrətli dövlətdir.Qeyd etdiyim təşkilata üzv olan bütün dövlətlərin razılığı ilə sədrlik bir il daha uzadıldı.Bəli, bu məhz Azərbaycanın humanizm prinsiplərinə əsaslanan, dünya dövlətlərinə qarşı daim konstruktiv mövqe sərgiləyən, həmçinin etibarlı tərəfdaş bir ölkə olmasına bariz nümunədir.
Xüsusilə qeyd ediləcək məqamlardan biri də odur ki,Azərbaycan Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməklə yanaşı diqtə edən tərəf kimi sonrakı proseslərdə də vacib əhəmiyyətli məsələləri diplomatik yolla həll edib, uğurla sonlandırır. Bir zamanlar Azərbaycana qarşı işğalçılıq siyasəti aparıb, “məğlubedilməzlik” mifinə güvənən Ermənistan 30 il ərzində ilk dəfə idi ki xarici işlər nazirliyi səviyyəsində telefon söhbəti aparmış, bir sözlə ölkəmizlə hesablaşmışdır. Onlar acı məğlubiyyəti qəbul ediblər. Əgər biz statistik faktlara nəzər salsaq görərik ki, ölkəmiz müharibədən çıxan ölkə olsa da, bizim iqtisadi gücümüz öz resurslarımız hesabına yüksək səviyyədə qərarlaşmışdır. 2022-ci ilin birinci rübünün yekunları təsdiq etdi ki, ümumi daxili məhsul 6.8 %, qeyri-neft iqtisadiyyatımız 10 %-dən çox artıb. Sənaye istehsalı sahəsində təxminən 4 %, qeyri-neft sənaye istehsalında isə artım 18 %-dən çoxdur. Ölkəmizin xarici siyasət dövriyyəsi 60%-dən çox artmaqla, bir il ərzində xarici borcu təqribən 600 milyon dollardan çox bir səviyyədə aşağı sala bilmişik.Digər mühüm məqamlardan biri də odur ki, təkcə 3 ayda Azərbaycana 5.1 milyard dollar gəlib. Bu isə onu sübut edir ki,bizim ixracımız idxalı üstələyir.Bundan əlavə vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan çox və gömrük orqanları 200 milyon manatdan çox vergi toplamışlar. Ölkəmizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60%-ni təşkil edir,ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25 % təmin edə bilirik.Təxirə salınmaz işlər nəticəsində azad edilmiş ərazilərimizdə bu il 50 min hektarda əkin aparılacaq.
Ümumilikdə isə həyata keçirilən düzfün siyasət nəticəsində yaxın gələcəkdə azad edilmiş ərazilərimizə Böyük Qayıdışın şahidi olacağıq. Həmin doğma ərazilərimizdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələri, abadlıq-quruculuq, yenidənqurma işləri çox yüksək səviyyədə həyata keçirilir.
Doğma Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi həqiqətəndə biz doğma Qarabağımızı cənnətə çeviririk. İqtisadiyyatı güclü olan bir dövlət yenilməzdir. Bəli, bizim də siyasətimiz bənzərsiz və güclüdür!
Maqsud Süleymanlı
YAP Yevlax rayon təşkilatının əməkdaşı