Gürcüstanın mədəniyyət xadimləri Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.
"Report"un Qərb bürosu xəbər verir ki, qonaqlar dağıntıya məruz qalan əraziyə gül düzüblər, həlak olanların xatirəsini anıblar.
Onlara ermənilərin şəhərdə törətdikləri terror aktları barədə ətraflı məlumat verilib.