Logo

AzTU məzununun uğur hekayəsi –22

28.12.2020 10:04 954 baxış
IMG

Elçin Məmmədov Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsini 2008-ci ildə bakalavriat, 2010-cu ildə isə magistratura səviyyəsində fərqlənmə ilə bitirib.

 

Əmək fəaliyyətinə 2009-cu ildə Bakı-yük-Əhmədli dəmir yolu sahəsində yoldəyişdirici postun növbətçisi kimi başlayıb. 2010-2011-ci illərdə Nəriman Nərimanov stansiyasında növbətçi, 2011-2012-ci illərdə Biləcəri dəmiryolu stansiyasında park növbətçisi, Elektrik Mərkəzləşməsi və Baş Marşrut Rele Mərkəzləşməsi üzrə stansiya növbətçisi vəzifələrində çalışıb. 2012-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasının rəisinin 1-ci müavini, 2015-2019-cu illərdə isə rəisi vəzifəsini icra edib. 2019-cu ildən indiyə kimi “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəis müavini, Hərəkət xidmətinin rəisi vəzifəsində çalışır.

Xəbər lenti