“Media reyesterinin aparılması qaydaları və media reyesterinin şəhadətnaməsinin formasının ilkin layihəsi artıq hazırlanıb”.
Report-un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) Səidə Şəfiyeva deyib.
Onun sözlərinə görə, layihə barədə aidiyyəti üzrə müvafiq qurumlarla razılaşdırılma aparılmaqdadır:
“Düşünürük ki, Prezidentin müvafiq fərmanında qeyd edilmiş müddətdə media reyestrinin formalaşdırılmasına nail olacağıq”.