Logo

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib

18.04.2022 20:31 1052 baxış
IMG

Aprelin 18-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, tədbirin məqsədi qonaqlara peşə və ixtisas seçimində dəstək olmaq və onları mərkəzlə tanış etmək olub.

“Açıq qapı” günündə məktəblilər, peşə təhsilinə marağı olan namizədlər, müəllimlər və valideynlər iştirak ediblər.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Natəvan Ağayeva ümumi peşə təhsili haqqında məlumat verib və mərkəzin Təhsilalanlarla iş şöbəsinin baş mütəxəssisi Jalə Pənahova isə qonaqları mərkəz haqqında məlumatlandırıb.

“Archico” şirkətinin layihə üzrə koordinatoru Ayaz Şıxəliyev və uğurlu məzun, hazırda “Auto Azərbaycan” MMC-də elektrik köməkçisi vəzifəsində çalışan İlahəddin Məmmədov çıxış edib. Sonra qonaqların sualları cavablandırılıb, mərkəzə infotur təşkil edilib və şagirdlər emalatxanalar, laboratoriyalar, avadanlıqlar ilə tanış olublar.

Xəbər lenti