Bakı Biznes və Kooperasiya Kollecində "Qadın hüquqlarının təbliği və müdafiəsi ilə bağlı fəaliyyətin dəstəklənməsi" mövzusunda təlim keçirilib.
Bu barədə "Tehsil.biz"ə kollecdən məlumat verilib.
Bildirilib ki, Hüquqşünas Qadınlar Assosiasiyası ictimai birliyi tərəfindən təşkil olunan təlimdə ailə institutunun möhkəmləndirilməsi, erkən nigah hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması ilə bağlı məsələlər müzakirə olunub.