Logo

BDU-nun professoru beynəlxalq dəyirmi masada məruzə ilə çıxış edib

28.12.2020 13:57 529 baxış
IMG

Bakı Dövlət Universiteitnin (BDU) Coğrafiya faükltəsinin İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Çingiz İsmaylov “Xəzər dənizinin ekoloji həssaslığını dair xəritənin tərtibi” mövzusunda beynəlxalq onlayn dəyirmi masada iştirak edib. Dəyirmi masa Qazaxstanın Atırau Neft və Qaz Universitetinin təşkilatçılığı ilə “Xəzər dənizi Xabı” (Caspian SDG Hub) razılaşması çərçivəsində keçirilib.

 

Tədbir Qazaxstan, Azərbaycan və Rusiya universitetlərinin alimləri və mütəxəssislərinin iştirak ilə baş tutub.

 

Tədbiri Atırau Neft və Qaz Universitetini rektoru, professor Gulzadə Şakulikova açaraq bu istiqamətdə aparılan tədqiqataların və ölkələrarası elm və təhsildə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.

 

Dəyirmi masada professor Çingiz İsmaylov “Xəzər dənizinin sahil ərazilərinin idarə edilməsində, birgə proqramlarının hazırlanmasının vacibliyi” mözusunda məruzə ilə çıxış edib. Natiq çıxışında sahil ərazilər dənizin ekoloji vəziyyətini daha aydın göstərdiyi, dənizin çirklənməsi nəticəsində sahil ərazilərində fauna və floroya daha çox deqradasiyaya məruz qaldığını vurğulayıb. Eyni zamanda, sahilin quru hissəsində infrastruktur şəbəkəsinin, istirahər mərkəzlərinin, liman təsərrüfatının və şəhərlərin inkişafı sahil zonalarda ekoloji gərginliyin artmasına səbəb olduğunu diqqətə çatdırıb. Onların inkişafının idarə edilməsi üçün sahil ərazilərin kompleks inkişaf proqramları hazırlanmalı, bu sahədə ümumi metodologiya, standartlar və indikatroların müəyyən edilməsi mühüm əhəmiyyət daşıdığına diqqət çəkib. Bununla əlaqədar Xəzəryanı ölkələr arasında elmi əməkdaşlıqların artırılması və birgə layihələrin yerinə yetirilməsi dəniz akvatoriyası və sahil ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

 

Dəyirmi masa  mövzu ətrafında müzakirələrin aparılması ilə başa çatıb.

Xəbər lenti