Logo

Sosial media marketinqi üzrə təlimdə iştirak etmək istəyənlərin nəzərinə

19.04.2022 12:43 387 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi sosial media marketinqi üzrə təlim keçirəcək.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, 2 ay davam edəcək təlimdə iştirak üçün elektron ərizələr aprelin 24-dək qəbul olunacaq. Təlimə orta ixtisas təhsili, peşə təhsili və ya ali təhsil alan tələbələr və məzunlar müraciət edə bilərlər. Təlimi uğurla bitirən şəxslərə sertifikat veriləcək. Seçim üçün qeyd olunan sahə üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir.

Təlimə seçilmiş şəxslər sosial şəbəkələrdə səhifələrin düzgün və cəlbedici formada yaradılması və doğru tərtibatı, sosial mediada doğru məzmunun yaradılması və idarə edilməsi, “copywriting”, sosial media üçün yardımçı platformalardan istifadə, vizual materialların hazırlanma qaydaları və digər bacarıqlara yiyələnəcəklər.

Xəbər lenti