Logo

“44 Günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinin final mərhələsi keçirilib - FOTO

19.04.2022 23:14 376 baxış
IMG

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən “44 günlük Zəfər” Gənclərin Yaradıcılıq Festivalı layihəsinin rayon turlarının qalibləri Biləsuvar rayonunda keçirilən final mərhələsində iştirak edib. 

Tehsil.biz xəbər verir ki, ümumilikdə üç rayon (Biləsuvar, Cəlilabad, Salyan) üzrə 225 istedadlı gənc layihədə iştirak edib.

Final mərhələsinə hər rayon üzrə 15 nəfər, hər istiqamət üzrə isə ən yaxşı nəticə göstərmiş 5 nəfər vəsiqə qazanıb. 

18 Aprel 2022-ci il tarixdə Biləsuvar rayonunda keçirilmiş final mərhələsində üç rayon üzrə 45 gənc iştirak edib.

Qeyd edək ki, yaradıcılıq müsabiqəsi üç istiqamət üzrə (esse, şeir, təsviri sənət) keçirilmiş və ən yüksək qiymət alan iştirakçılar mükafatlandırılıb.

Tədbirin mükafatlandırma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin müavini Ləman xanım Yüzbaşova, Biləsuvar şəhər 1 saylı tam orta məktəbin direktoru Xanımgül Abıyeva, rayon təhsil şöbələrinin əməkdaşları, qazilər, layihə rəhbəri Elnur Hüseynli, təlimçi Arif Ağazadə, ekspert Əlifli Əliheydər və gənclər iştirak ediblər.

Qaliblərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim edilib.

​​​​​

Xəbər lenti