Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) “Şuşa həftəsi” keçirəcək.
Tehsil.biz xəbər verir ki, tədbir “Şuşa ili” ilə əlaqədar Tədbirlər Planı çərçivəsində gerçəkləşəcək.
“Şuşa həftəsi” ərzində Şuşaya həsr olunmuş rəsm və qiraət müsabiqəsi keçiriləcək.
Rəsm müsabiqəsinin qaliblərinin əl işləri “Şuşa həftəsi”nin sonunda keçiriləcək sərgidə nümayiş olunacaq. Tədbir çərçivəsində həmçinin BMT-nin 6 rəsmi dilində qiraət müsabiqəsinin qaliblərinin çıxışları və fləşmob görüntülərindən ibarət “"Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır!" videoçarxı hazırlanaraq yayımlanacaq.
“Şuşa həftəsi” ərzində Şuşa Dövlət Dram Teatrı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dramaturgiyasının banisi M.F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası səhnələşdiriləcək.
Qiraət və rəsm müsabiqələrinə təqdim ediləcək səs və ya videoyazılar, A2, A4 formatında olan rəsmlər mayın 10-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Hər iki müsabiqə çərçivəsində qaliblər üçün mükafat fondu aşağıdakı kimidir:
1-ci yer 150 AZN
2-ci yer 100 AZN
3-cü yer 50 AZN.