Logo

Bakıda məktəbli küçədə anasını qətlə yetirdi

20.04.2022 14:22 725 baxış
IMG

Bakıda küçədə qadın qətlə yetirilib.

Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsində qeydə alınıb.

35-40 yaşlı qadın küçədə öldürülüb. İlkin məlumata görə, onu oğlu bıçaqlayaraq qaçıb. 

Qətlə yetirilən qadının Ülviyyə İsmayılova olması müəyyən edilib.

Onu qətlə yetirən oğlu, 2007-ci il təvəllüdlü oğlu İ.M saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər lenti