Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliklərinin tədbirlər planına uyğun olaraq “N” saylı hərbi hissədə “Sərhəd” hərbi-idman oyunu keçirilib.
Tehsil.biz xəbər verir ki, Hərbi-idman oyununda İmişli rayonunun sərhədyanı yaşayış məntəqələrində yerləşən tam orta məktəblərinin 10-cu sinif şagirdlərinin komandaları iştirak ediblər. Qızılkənd kənd tam orta məktəbin “Sərhədçi” komandası yarışın qalibi olub.
Diplom və hədiyyələrlə mükafatlandırılan qalib komanda hərbi-idman oyununun 2-ci turunda iştirak edəcək.
“Sərhəd” hərbi-idman oyunu sərhədyanı yaşayış məntəqələrinin gəncləri arasında hərbi-vətənpərvərlik işinin yüksəldilməsi və Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinin qeyd edilməsi məqsədi ilə keçirilir.