Logo

Musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibənin qaydaları məlum olub

20.04.2022 19:17 1589 baxış
IMG

Musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinin qaydaları məlum olub.

"Tehsil.biz"in "Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydaları"na istinadən xəbərinə görə, hər bir namizədlə müsahibə fərdi qaydada, dövlət dilində və azı 20 dəqiqə aparılacaq.

"Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ var. Müsahibə mərhələsində iştirak edən namizədin bilik və bacarıqları aşağıdakı meyarlar üzrə yoxlanılacaq:
- namizədin sərbəst seçimdə hazırladığı əsəri ifa etməsi və ya təqdim etməsi;
- aidiyyəti üzrə notu üzündən oxuma, rəqs və rəsm bacarığının nümayişi, (əsərlərin keyfiyyətli və savadlı ifası, ifadəli səslənmə, musiqinin xarakterinin göstərilməsi, pedaldan düzgün istifadə edilməsi və s.);
- iddia etdiyi vəzifəyə dair digər bacarıqları (özünüifadə bacarığı, pedaqoji keyfiyyətləri, yaradıcı xüsusiyyətləri, emosional keyfiyyəti və s.)".

Həmçinin qeyd olunub ki, hər bir qiymətləndirmə meyarı üzrə ən yüksək bal 5, ən aşağı bal 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və yekun nəticə rəsmiləşdirilir. Müsahibədə 10 və ya daha çox bal toplamış namizəd uğur qazanmış hesab edilir və təyinatla bağlı qarar verilməsi üçün imtahan nəticələri Nazirliyə təqdim olunur. Müsahibə komissiyasının üzvlərinin namizəd barəsində verdiyi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda müsahibənin nəticəsi ləğv edilə və yeni müsahibə komissiyası yaradıla bilər.

Xəbər lenti