Logo

"Bir olaq, həmrəy olaq!" adlı tədbir keçirilib

28.12.2020 23:01 670 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şərqşünaslıq, Kimya, Ekologiya və torpaqşünaslıq fakültələrinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş "Bir olaq, həmrəy olaq!" adlı onlayn tədbir keçirilib.

 

THİK sədri Hacıbaba Mustafayev moderatorluğu ilə keçirilən tədbirdə Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Şərqşünaslıq fakültəsinin dekan müavini Şahin Yusifli, Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Fətəli Hüseynov və Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanovun çıxışları dinlənilib.

 

Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün mahiyyəti izah edilib, tarixi əhəmiyyətindən danışılıb və bu günün dünyada yaşayan azərbaycanlılar arasında birlik və həmrəylik çağırışı kimi böyük həvəslə qeyd olunduğu bildirilib. Azərbaycanın beynəlxalq aləmdə tanınması, eləcə də diaspor təşkilatları və həmyerlilərimiz arasında əlaqələrin möhkəmlənməsi istiqamətində Həmrəylik Gününün əhəmiyyəti diqqətə çatdırılıb.

Xəbər lenti