Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul qaydalarının kimlərə şamil olunmayacağı açıqlanıb.
Tehsil.biz xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimovun imzaladığı “Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu qaydaları” ilə bağlı əmrdə qeyd olunub.
Bildirilib ki, sənəd məktəb və mərkəzlərin rəhbərləri və onların müavinlərinə, həmçinin məktəb və mərkəzlərin struktur bölməlirinin rəhbərlərinə aid olmayacaq.
Qeyd edək ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu müsabiqə vasitəsilə test üsulu ilə həyata keçiriləcək. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq. Müsabiqə ildə bir dəfə təşkil olunacaq.