"Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri artıq yekunlaşıb".
Tehsil.biz xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, təxminən 300-ə yaxın namizəd müraciət edib:
“Növbəti həftə ərzində apellyasiya müsahibələri onlayn qaydada keçiriləcək və ictimaiyyətə geniş məlumat veriləcək. Arelin 25-də müəllimlərin ənənəvi yerdəyişməsinin sənəd qəbuluna start veriləcək. Proses mayın 4-nə kimi davam edəcək".
Nurlan İsmayılbəyli qeyd edib ki, bu il əvvəlki illərdən fərqli olaraq namizədlər sənəd qəbulunda vakansiya seçimi etməyəcəklər:
"Sadəcə şəxsi məlumatlarını göndərəcəklər, sənəd yükləmək lazım olsa sənəd yükləyəcəklər. Emal prosesindən sonra yeni qaydalarla vakant seçiminə start veriləcək”.