Logo

BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda dərc edilib

29.12.2020 12:44 572 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya” kafedrasının professoru Sevinc Hacıyeva və dosenti Elmina Qədirovanın həmmüəllif olduqları “Investigation of photocatalytic properties of TiO2 nanoparticles belonging to rutile phase” (“Rutil fazaya aid TiO2 nanohissəciklərinin fotokatalitik xüsusiyyətlərinin tədqiqi”) adlı məqalə “Molecular Structure” yüksək impakt faktorlu (IF: 2.463)  jurnalda dərc edilib.

 

Məqalədə əsasən çirkab suların təmizlənməsində nanotexnoloji üsullardan istifadə etməklə fenol tip birləşmələrin təmizlnməsi öz əksini tapıb. Bu məqsədlə rutil fazaya aid olan TiO2 nanohissəciklərdən istifadə edilib. Eyni zamanda məqalədə bu nanohissəciklərin SEM, TEM,XRD  analizi vasitəsilə tədqiqi də göstərilib.

 

Məqalə ilə tanış olmaq istəyənlər linkə keçid edə bilər:

 

https://doi.org/10.1016/j.molstruc.2020.129534

Xəbər lenti