Logo

Şəmkirdə STEAM Mərkəzi istifadəyə verilib - FOTOLAR

21.04.2022 20:32 543 baxış
IMG

Aprelin 21-də Şəmkir rayonu  Kimya-biologiya təmayüllü liseydə STEAM Mərkəzinin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və digər qonaqlar iştirak ediblər.

Qonaqlar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub.

Bildirilib ki, STEAM Mərkəzində təhsilalanların "Robotics", "Art", "Science", CNC və 3D çap, VR, pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərmələri üçün nəzərdə tutulmuş sahələr var. 

Şəmkir STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 2500-3000-ə yaxın şagird və tələbənin mərkəzdə müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.

Qeyd edək ki, STEAM layihəsinin hər kəsə əlçatanlığının təmin edilməsi, həmçinin bu istiqamətdə xüsusi bilik və bacarıqlara malik təhsilalanların dərsdənkənar fəaliyyətinin həyata keçirilməsi, dünya səviyyəli yarış, müsabiqə və olimpiadalara hazırlığının təşkili məqəsdilə ölkə üzrə müxtəlif regionlarda STEAM Mərkəzləri yaradılmaqdadır.

Xəbər lenti