Logo

“Məktəbəqədər təhsildə yeni yanaşmalar” mövzusunda müzakirələr aparılıb

21.04.2022 21:49 443 baxış
IMG

Təhsil İnstitutunun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonu 24 saylı körpələr evi və uşaq bağçasında “Məktəbəqədər təhsildə yeni yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan bildirilib ki, tədbirdə körpələr evi və uşaq bağçasının müdiri Leyla Bayramova məktəbəqədər təhsilin məzmunu, müəssisədə aparılan işlər, mövcud problemlər, onların həlli yolları və müasir yanaşmaların tətbiqi zərurətindən danışıb.

Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova müasir məktəbəqədər təhsilin məzmunu, eləcə də təhsildə yeni yanaşmalar və təhsilin keyfiyyətinin yüksəldilməsi yolları haqqında məlumat verib.

Dəyirmi masada məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimləri maraqlandıran suallar ətrafında müzakirə aparılıb.

Qeyd edək ki, tədbirdə rayonun bir çox körpələr evi və uşaq bağçalarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Xəbər lenti