“Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq”.
Tehsil.biz xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib: "Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.