“Təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq bu, kifayət deyil".
Tehsil.biz xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan məktəblərinin açılması, bazar günü məktəblərinin açılması istiqamətində də hər zaman kömək göstərməyə hazırıq və əslində bunu edirik:
“Çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. əlbəttə, bu, o qədər asan məsələ deyil. Təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq bu, kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin açılması, bazar günü məktəblərinin açılması istiqamətində də hər zaman kömək göstərməyə hazırıq və əslində bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas faktordur. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. İkinci Qarabağ müharibəsinin tarixini xaricdə yaşayan gənc azərbaycanlılar yaxşı bilməlidirlər. Onlar öz dostlarına bu həqiqətləri çatdırmalıdırlar”.