Tovuzda məktəblilərlə maarifləndirici görüş keçirilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Puşkin adına tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” mövzularında tədbir keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
RPŞ-nin rəisi, polis polkovniki Habil Əmraslanov tədbirin əhəmiyyətindən söz açıb, şagirdlərə layiqli vətəndaş olmaları, daim vətəninin sabahını düşünən xeyirxahlığı özlərinə mayak seçmələri üçün dəyərli nəsihətlər verib.