Logo

Təhsil naziri Şəmkirdə vətəndaşları qəbul edib - FOTO

22.04.2022 18:05 387 baxış
IMG

Aprelin 22-də təhsil naziri Emin Əmrullayev Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan sakinlər, həmçinin həmin bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib. 

Tehsil.biz xəbər verir ki, pandemiya qaydalarına uyğun olaraq həyata keçirilən qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, direktorların işə qəbulu, işlə təmin olunma, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. 

Nazir qəbula yazılmış  vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

Xəbər lenti